Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiya kosmosa taxtadan hazırlanmış peyk göndərmək istəyir


Yaponiyanın Kioto Universiteti və “Sumitomo Forestry” şirkəti ağacdan hazırlanmış kosmik peyk layihəsi hazırlayır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, taxta elektromaqnit dalğalarını və ya Yer kürəsinin maqnit sahəsini bloklamır. Bu, antena və oriyentasiya mexanizmləri kimi qurğuları taxtadan hazırlanmış peykin içərisində yerləşdirməyə imkan verir ki, bu da daha sadə konstruksiyalar yaratmağa imkan verir. Bundan başqa, taxtadan hazırlanmış peyk orbitdən çıxaraq yenidən Yer kürəsinə geri döndükdə o, zərərli maddələri atmosferə tullamadan və ya Yer kürəsini qırıntılarla doldurmadan tamamilə yanır.
 
Hazırda “Sumitomo Forestry” şirkəti hava şəraitinə, həmçinin temperatur dəyişikliklərinə və günəşin təsirinə qarşı çox davamlı olan taxta tikinti materialları hazırlayır.
 
 
Şirkətlər 2024-cü ilin martınadək taxtadan hazırlanmış konstruksiyaların kosmosa göndərilməsi üzrə bütün problem və imkanları araşdıracaqlar.
 
Emil Hüseynov





25/12/20    Çap et