Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Pandemiya şirkətlərin İT transformasiya proseslərini sürətləndirib


“Orange” telekommunikasiya şirkətinin tərkibinə daxil olan “Orange Cyberdefense” bölməsi pandemiya şəraitində və qeyri-sabit iqtisadi vəziyyətdə informasiya təhlükəsizliyi sahəsinin inkişaf tendensiyalarının nəzərdən keçirildiyi “Security Navigator 2021” adlı hesabat təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Servernews www.servernews.ru” resursuna istinadən yazır ki, təqdim edilən məlumatlar bu ilin yanvar-oktyabrında baş verən 45 min insidentin tədqiqinin nəticələrinə əsaslanır. Qeyd olunur ki, pandemiya müəssisələrin İT transformasiya proseslərini sürətləndirib, kibertəhlükəsizlik məsələləri isə əksər bizneslər üçün əsas faktora çevrilib.
 
Hesabat müəlliflərinin sözlərinə görə, kibercinayətkarlar 2020-ci ilin martında “COVID-19” mövzusundan aktiv istifadə etməyə çalışıblar, lakin mövcud iqtisadi vəziyyətə baxmayaraq tezliklə klassik müdaxilə sxemlərinə qayıdıblar. Məsələn, 2020-ci ilin aprelində koronavirus pandemiyası mövzusundan istifadə edən hücumların sayı 2 faizə yaxın olub. 
 
Bununla yanaşı, mövcud şəraitdə kibertəhlükəsizlik sahəsində müəyyən dəyişikliklər baş verib. Belə ki, sosial mühəndislik metodlarının tətbiqi ilə hücumların sayı artıb: 2019-cu ildə onların sayı 1 faiz olduğu halda hazırda bu göstərici 5 faiz təşkil edir. Bundan əlavə, kibercinayətkarlar tərəfindən fırıldaqçı proqramların tətbiqi üzrə model təkmilləşdirilib. Başa çatmaqda olan ildə iri şirkətlər də belə hücumların qurbanı olub.
 
Tədqiqata görə, proqram təminatı tədarükçüləri tərəfindən səhv və boşluqların aradan qaldırılması üçün düzəlişlər vaxtında buraxılmır. Belə ki, 14 faiz halda yeniləmələr 6 ay və ya daha gec buraxılıb. Həmçinin vurğulanır ki, pandemiya distant texnologiyalara marağı artırıb. Yazın əvvəlində belə məhsullara tələbat epidemioloji vəziyyətin pislənməsi ilə müqayisədə 41 faiz artaraq payızın ortalarınadək 22 faizdən yüksək olaraq qalıb.  
 
Nizam Nuriyev





26/12/20    Çap et