Dünyada 25 düymlük “E Ink” ekrana malik ilk monitor təqdim edilib
Elektron mürəkkəb texnologiyası üzrə hazırlanmış ekranlar müasir bukrider həvəskarlarına yaxşı tanışdır. Tezliklə masaüstü kompüter istifadəçiləri də “E Ink” texnologiyasının üstünlüklərini qiymətləndirə biləcəklər: Çinin “Dasung” şirkəti orijinal ekrana malik 25,3 düymlük “Paperlike 253” monitorunu təqdim edib. İşlənib hazırlanmasına 6 il sərf edilmiş yeni monitor mətn faylları və rəqəmlərlə işləyən istifadəçilər üçün hazır həll kimi təqdim edilir.
“ICTnews” Elektron Xəbər Xidməti “
4pda.ru” saytına istinadən yazır ki, “Dasung Paperlike 253” monitoru 3200x1800 piksel təsvir ölçülü ağ-qara rəngli “E-Ink” ekranla təchiz edilib. Qurğu, həmçinin yüksək yeniləmə tezliyi və sürətli toxunuşu təmin edən “DASUNG Turbo” patentlənmiş texnologiyasını dəstəkləyir.
Monitorun korpusu alüminiumdan hazırlanıb, xüsusi altlıq konstruksiyası isə ekrandan həm albom, həm də kitab görünüşü kimi istifadəyə imkan verir.
Emil Hüseynov