Rusiyanın "BQ" şirkəti "4K" formatına uyğun qabaqcıl "75FSU15B" "ağıllı" televizor modelini buraxıb. Yeni qurğu 75 düym diaqonallı və 3840 × 2160 pikselli böyük ekranla təchiz edilib.
"ICTnews" Elektron Xəbər Xidməti "3DNews " resursuna istinadən yazır ki, tətbiq edilən matrisa 1 milyarddan çox rəng çalarının göstərilməsini təmin edir. Parlaqlıq 400 kandel/kvadratmetr, kontrastlıq nisbəti 5000:1 təşkil edir. Qurğunun korpusu nazik metal çərçivəyə malikdir.
Televizor ikidiapazonlu ((2,4/5 giqahers) "Wi-Fi" simsiz rabitə adapteri və "Bluetooth" kontrolleri ilə təchiz olunub. Üç "HDMI" interfeysi, eləcə də iki "USB" portu nəzərdə tutulub. Onlara periferiya – kənar toplayıcılar, klaviatura və ya "maus" qoşmaq mümkündür. İki dinamikdən ibarət quraşdırılmış audiosistemin ümumi gücü 20 vatt təşkil edir.
Televizorda "BQ Launcher" interfeysli "AOSP 9.0" proqram platforması tətbiq edilib.
"BQ 75FSU15B" televizorunu 949 dollara əldə etmək olar.
Nizam Nuriyev