"Apple" şirkəti 64 hesablama nüvəsinə malik yeni "ARM" prosessoru hazırlayır. Bu barədə öz "Twitter" mikrobloqunda nüfuzlu "LeaksApplePro" insayder mənbəyi məlumat verib.
"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, şəbəkə məlumatçıları təfərrüatları açıqlamayıblar və bildiriblər ki, "Apple" korporasiyası tezliklə "Silicon" platformasının yeni versiyası haqqında təfərrüatları paylaşacaq. 64 nüvəli texnoloji həll kompüterlər bazarında ultimatum ola bilər.
2020-ci ilin payızında təqdim edilmiş, 8 hesablama nüvəsinə malik və kiçik "MacBook" modeli üçün nəzərdə tutulmuş "Apple Silicon M1" prosessoru məhsuldar həll olub. 5 nm-lik çip testlərdə "Intel" və "AMD" şirkətlərinin "x86" arxitekturasına əsaslanan daha bahalı prosessorlarını geridə qoymağa nail olub.
Emil Hüseynov