Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Google şirkəti “Bletçli-park”ın bərpası üçün 850 min dollardan keçib
Google internet-şirkəti ikinci dünya müharibəsi gedişində böyük rol oynamış “Bletçli-park” evinin bərpası üçün 850 min dollarından keçib.
Bletçli-park (onu Station X da adlandırırlar) evi Britaniyanın Bletçli şəhərində yerləşir. Keçən əsrin 40-cı illərinin əvvəllərində Britaniya şifrləyicilərinin baş ştabı məhz burada yerləşib. Həmçinin burada almanların hazırladığı “Eniqma” (Enigma) maşını vasitəsi ilə şifrlənmiş mesajların şifrinin açılması üsulu hazırlanıb.
“Bletçli-park” evi yalnız İkinci dünya müharibəsi gedişində Eniqma maşınının şifrlərininaçılması ilə deyil, həm də əksər nəzəriyyələrin burada hazırlanması ilə məşhurdur.
Həmin nəzəriyyələr kriptoqrafiya elmində istifadə olunurlar. Bundan əlavə, bu nəzəriyyələrsiz nə kompyuter, nə də ki qurğuların yaradılması mümkün deyildi.
Google şirkəti “Bletçli-park”-ın bərpası üçün 850 min dollar pul qoyub, lakin evin tam bərpasına təxminən 23,2 milyon dollar vəsait lazımdır.
19/12/11 Çap et