Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Pekin mikrobloqqerlər üzərindəki nəzarəti kəskinləşdirir
Çin mikrobloqlara sərt nəzarət edir. Xidmət operatorları məzmunun monitorinqi üçün xüsusi proqram alətləri tətbiq edirlər. Həmçinin "provokasiya məqsədilə olan nəşrlər" filtrasiya edilir və silinir.
İndi isə rəsmi Pekin təqib təhdidi altında mikrobloq xidmətlərinin abunəçilərindən 3 aylıq müddətdə real eyniləşdirmə məlumatları ilə qeydiyyatdan keçməyi tələb edir.
Bu, guya "veb-istifadəçilərin maraqlarının müdafiəsi və internetdə etibarın yaxşılaşması" məqsədi ilə edilir.Lakin təcrübədə qeydiyyat məlumatlarının etibarlılığının yoxlanmasının necə həyata keçiriləcəyi hələ məlum deyil.
19/12/11 Çap et