Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Honkonq alimləri göz dibinin skan edilməsi yolu ilə autizm xəstəliyinə diaqnoz qoymağı öyrəniblər


Honkonq alimləri göz dibinin skan edilməsi yolu ilə uşaqlarda autizm xəstəliyinə diaqnoz qoyulması üzrə ilk metod hazırlayıblar. Bu haqda “South China Morning Post” qəzeti yazıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “nauka.tass.ru” saytına istinadən yazır ki, tədqiqat üçün artıq bazarda satılan xüsusi kameralar və görüntülərin kompüter təhlilindən istifadə edilib. Bu sürətli qeyri-invaziv üsul uşaqlarda autistik spektr pozğunluğunun əlamətlərini 96% dəqiqliklə müəyyənləşdirə bilər.

 

"Nəticə olduqca gözlənilməz oldu və təsəvvür etdiyimdən daha yaxşı alındı" – Honkonq Çin Universitetindən tədqiqat qrupunun rəhbəri professor Benni Szi deyib.

 

Emil Hüseynov






06/01/21    Çap et