Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“SPHEREx” teleskopunun inşasına başlanılıb


Cənubi Koreyanın Elm Nazirliyi ABŞ Kosmik Agentliyi (NASA) və Kaliforniya Texnoloji İnstitutu ilə birgə layihə çərçivəsində kosmik teleskopun inşasına başlayıb. Söhbət erkən kainat, o cümlədən buzun yayılması və mümkün bioloji həyatın tədqiqinə kömək edəcək “SPHEREx” layihəsindən gedir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, nazirliyin məlumatına görə, “SPHEREx” layihəsinin (kainat tarixi, regionlaşma və buz dövrünün tədqiqi üçün spektrofotometr) son versiyasının təsdiqlənməsi teleskop sistemlərinin yaradılmasına başlamaq üçün yol açıb. Cənubi Koreyanın “KASI” institutu ABŞ-dan kənarda gələcək teleskopun hissələrinin yaradılması ilə məşğul olacaq yeganə institut olub. İnstitut fotoşəkillərin çəkilməsi üçün filtrlərin yaradılmasına, eləcə də teleskop sistemlərinin kalibrlənməsi sisteminə görə məsuliyyət daşıyır.

 

Plana əsasən, 2023-cü ilin dekabrında start götürəcək “SPHEREx” missiyası iki il ərzində göy qübbəsini dörd dəfə coğrafiya xəritəsinə köçürəcək. Çəkiliş yaxın infraqırmızı diapazonda 102 dalğa uzunluğunda aparılacaq. “Bu, ağ-qara rəngli şəkillərdən rənglilərə və ya Kanzasdan Oz ölkəsinə (bədii əsərdə uydurma ölkə) keçidə bənzəyir”, – ABŞ Kosmik Agentliyinin reaktiv hərəkət laboratoriyasında “SPHEREx” layihəsinin idarəedicisi Allen Farrinqton bildirib.

 

Nizam Nuriyev






07/01/21    Çap et