Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“MediaTek Dimensity 800U” prosessorlu “Realme V15 5G” smartfonu təqdim edilib


“Realme” şirkəti beşinci nəsil mobil rabitə şəbəkələrində işləmə imkanına malik orta səviyyəli “V15 5G” smartfonunu (digər adı Realme Koi) rəsmən təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, “Realme V15 5G” smartfonu 2, 4 giqahers takt tezlikli səkkiznüvəli “MediaTek Dimensity 800U” prosessoru, “ARM Mali-G57 MC3” qrafik bloku və “5G” modemi ilə təchiz olunub. Operativ yaddaş tutumu 6 və ya 8 giqabayt, quraşdırılmış yaddaş 128 giqabayt təşkil edir.

 

Həmçinin 2400 × 1080 piksel təsvir ölçülü “Full HD ” formatlı 6,4 düym diaqonallı “SuperAMOLED” ekran tətbiq edilib. Daktiloskopik skaner ekran sahəsinə inteqrasiya olunub.

 

Ön kamera 16 meqapikselli sensora malikdir. Üçlü arxa kamera 64 meqapikselli əsas bloku, ultraenlibucaqlı optikalı 8 meqapikselli modulu və 2 meqapikselli sensoru birləşdirir.

 

Bundan başqa, “Wi-Fi 5” və “Bluetooth 5.1” adapterləri, “USB Type-C” portu mövcuddur. Enerji 50 vatlıq dəstəyə malik 4310 milliamper/saat tutumlu akkumulyator batareyası tərəfindən təmin edilir. Qurğuya “Realme UI” interfeysli “Android 10” əməliyyat sistemi quraşdırılıb.

 

“Koi Mirror”, “Lake Blue” və “Crescent Silver” rənglərində təklif olunan “Realme V15 5G” smartfonunun başlanğıc qiyməti 230 dollar təşkil edir.

 

Nizam Nuriyev






08/01/21    Çap et