İnternetdə “WhatsApp” messencerindən istifadə şərtlərinin yenilənməsi haqqında məlumat dərc edilib. İndi istifadəçilər messencerdən istifadəyə davam etmək üçün şəxsi məlumatlarını “Facebook” ilə paylaşmağa məcbur olacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, 8 fevral 2021-ci il tarixində ünsiyyət üçün “WhatsApp”dan istifadə etmək istəyən istifadəçilər şirkətin yeni şərtləri ilə razılaşmalı olacaqlar.
Sözügedən messencerin “Facebook”a göndərəcəyi məlumat istifadəçi hesabı ilə bağlı qeydiyyat məlumatlarını (həmçinin telefon nömrəsi) və tranzaksiyalar haqqında məlumatları əhatə edəcək. Həmçinin “Facebook”a istifadəçilərin mobil qurğuları haqqında informasiya, IP ünvanlar və sairə bu kimi məlumatlar göndəriləcək.
Emil Hüseynov