Hindistanda “Lava” şirkəti tərəfindən keçirilmiş tədbirdə bir sıra yeniliklər təqdim edilib. Ən maraqlı yenilik “Lava MyZ” smartfonu olub. Bu, dünyada texniki xüsusiyyətlərini öncədən seçmək mümkün olan ilk smartfondur.
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, cihaz “HD ” təsvir ölçülü 6,5 düymlük IPS ekran, “MediaTek Helio G35” çipi və 5000 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib.
İstifadəçi əməli və daxili yaddaşın tutumunu, kameraların sayını və təsvir ölçüsünü, həmçinin korpusun rəngini seçə bilər. Ümumilikdə istifadəçi bu şəkildə 66 unikal cihaz formalaşdıra bilər.
Emil Hüseynov