Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İstənilən səthə sxem çəkmək üçün cərəyan keçirən mürəkkəb təqdim edilib


Çin alimləri yeni nəsil cərəyan keçirən mürəkkəb hazırlayıblar. Bu mürəkkəblər insan bədəni daxil olmaqla istənilən səthə elektron sxem çəkmək üçün istifadə oluna bilər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, məlum olan bütün cərəyan keçirən mürəkkəb tipləri bir sıra çatışmazlıqlara malikdir. Bu, həm yüksək qiymət, həm qısa saxlama müddəti, həm də iş zamanı daima tıxanan lələklə bağlı problemlərdir. Çinin Uhan Universitetinin alimləri bütün bu problemləri həll etməyə nail olublar.

 

Yeni cərəyan keçirən mürəkkəblərin əsas üstünlüyü onların universallığıdır. Onlar elektrik sxemlərinin müxtəlif səthlərə çəkilməsi məqsədilə istifadə oluna bilər. Şəkilli kağız vərəqini siqnal itkisi və sxem pozulması olmadan bükmək, mürəkkəbi isə 12 saat və daha çox saxlamaq olar. Tədqiqatçıların fikrincə, bir sıra təkmilləşdirmələrdən sonra mürəkkəb insan bədəninə də çəkilə bilər. Yeni məhsul toksik deyil, zərərli qaz ayırmır və bundan başqa qiyməti analoqlardan ucuzdur.

 

Emil Hüseynov






11/01/21    Çap et