Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sərt disk istehsalçıları məhsullarına zəmanət müddətini azaldırlar
Western Digital və Seagate şirkətləri bir sıra sərt disk modellərinin zəmanət müddətlərini azaldıblar.
Western Digital şirkəti Caviar Blue, Caviar Green və Scorpio Blue seriyalı sərt disklərinə zəmanət müddətini 3 ildən iki ilə qədər azaldacaq. Yeni qaydalar 2012-ci il yanvar ayının 1-dən qüvvədə olacaq.
Seagate şirkəti noutbuk və stolüstü kompüterlər üçün bəzi disk modellərinə zəmanət müddətini 5 ildən 1 ilə qədər azaldacaq; Barracuda XT və Momentus XT daşıyıcılarına isə 5 ildən 3 ilə qədər. Yeni qaydalar dekabr ayının 31-dən qüvvəyə minir.
Qeyd edilib ki, zəmanət müddətinin azaldılması biznesi yaxşılaşdırmağa və bazara yeni məhsul çıxarılmasını sürətləndirməyə imkan yaradacaq.
19/12/11 Çap et