Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Türkiyə “Facebook” və “WhatsApp”a qarşı araşdırmaya başlayıb


Türkiyə Antiinhisar Komitəsi “Facebook” və “WhatsApp”da məxfilik siyasətinə edilmiş dəyişikliklərdən sonra onların barəsində araşdırmaya başlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “radiosputnik.ria.ru” saytına istinadən yazır ki, “WhatsApp” messencerinin istifadəçi razılaşmasında şəxsi məlumatların “Facebook” korporasiyasına ötürülməsi haqqında bənd əlavə edilib.

 

Bundan əvvəl elan edilmiş məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan “WhatsApp”dan istifadə etməyəcək daha.

 

Emil Hüseynov






11/01/21    Çap et