Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Google yeni səsli idarəetmə proqramı hazırlayır (VİDEO)
Veb mənbələrin məlumatına əsasən, Google şirkəti Android əsasında olan qurğular üçün yeni səsli idarəetmə proqramı hazırlayır.Layihənin “Majel” adlandırıldığı məlumdur.
Majel faktiki olaraq iPhone smartfonları üçün Siri intellektual köməkçisinin analoqudur. Bu əlavə səs əmrləri vasitəsi ilə portativ qurğuları idarə etməyə imkan verir.
Majel əlavəsinin ilk versiyasının dekabr ayının sonuna kimi işıq üzü görəcəyi gözlənilir, lakin daha funksional variant, ehtimal ki, 2012-ci ilin yanvar-fevral ayından tez çıxmayacaq.