Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Mediatek” şirkəti smartfonlar üçün yeni prosessor təqdim etməyə hazırlaşır


Tayvanın “Mediatek” çip istehsalçısı yeni mobil platformalarını təqdim edəcəyini elan edib. Bu haqda şirkətin rəsmi “Weibo” hesabında məlumat verilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, prosessorlar yanvarın 20-də təqdim ediləcək. İstehsalçı “Dimensity” seriyasına məxsus yeni məhsulların üstün texnologiyaya sahib olacağını iddia edir. Bəlkə də daxili “5G” modemin reallaşdırılması nəzərdə tutulur.

 

“Mediatek” şirkətinin 6 nm-lik texnoloji proses üzrə hazırlanmış “Alps” kod adlı yeni qabaqcıl prosessorlarını təqdim edəcəyi gözlənilir. Prosessor 3 QHs takt tezlikli “Cortex-A78” adlı əsas nüvə, “Mali-G77” qrafik sürətləndiricisini, “LPDDR5” tipli əməli yaddaşı və “UFS 3.1” daşıyıcısını dəstəkləyir.

 

Emil Hüseynov






12/01/21    Çap et