Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Səudiyyə şahzadəsi “Twitter”ə 300 milyon dollar sərmayə qoyub


Səudiyyə şahzadəsi, “Citigroup”-un ən böyük şəxsi investoru Əl-Valid Bin Talal “Twitter” mikrobloqlar xidmətinə sahib olduğu  Kingdom Holding fondu vasitəsilə 300 milyon dollar sərmayə qoyub.

Sazişin dəyəri Əl-Validə “Twitter”-in təxminən 4% səhmini əldə etməyə imkan verəcək.Qeyd edək ki, şahzadə Əl-Valid ərəb dünyasının ən zəngin biznesmenidir. Onun pulu 21,3 milyard dollar dəyərində qiymətləndirilir.

“Twitter” son zamanlar daha çox ziyarətçi və reklam  cəlb etmək üçün öz xidmətini genişləndirməyə çalışır. Hal-hazırda resursda 300 milyondan çox istifadəçi qeydiyyatdan keçib.

EMarketer proqnozuna əsasən, bu il “Twitter”-in reklamdan əldə etdiyi gəlir 139,5 milyon dollar təşkil edəcək.





19/12/11    Çap et