Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada qlükoza sensoruna malik ilk “ağıllı” saat nümayiş etdirilib


Elektronika istehsalçıları CES istehlak sərgisində yalnız hazır texnoloji həllər deyil, həm də müxtəlif qurğuların prototipini təqdim edirlər. Məsələn, Yaponiyanın “Quantum Operation” startapı qandakı qlükozanın səviyyəsinin qeyri-invaziv monitorinqi funksiyasına malik qeyri-adi “ağıllı” saat modelini nümayiş etdirib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Quantum Operation” startapının bəyanatına görə, təqdim edilmiş qurğu istifadəçinin dərisini deşmədən onun qanındakı şəkərin səviyyəsini dəqiq ölçmək və ona nəzarət etmək qabiliyyətinə malikdir. Bunun üçün “ağıllı” qurğunun sahibi qurğunun menyusundan müvafiq bəndi seçir və 20 saniyədən sonra nəticə hazır olur. Məlumata görə, cihaz qeyri-invaziv ölçmə üçün Raman spektroskopiyası metodunu tətbiq edir.

 

Emil Hüseynov






13/01/21    Çap et