Cənubi Koreyanın “Samsung” korporasiyası yeni “Exynos 2100” mobil prosessorunun istehsalına başlayacağını elan edib.
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, prosessor dərin ultrabənövşəyi işıqda fotolitoqrafiyadan istifadəyə əsaslanan 5 nm-lik texnoloji proses üzrə hazırlanıb. 8 nüvəli prosessor 2,9 QHs-dək takt tezlikli 1 ədəd güclü “Arm Cortex-X1”, 3 ədəd “Cortex-A78” və 4 ədəd enerji səmərəli “Cortex-A55” nüvəsindən ibarətdir. İstehsalçı enerji sərfiyyatının 20% azalmasını, məhsuldarlığın isə 30% artırılmasını vəd edir.
Oyun həvəskarları üçün qrafika üzrə məhsuldarlıqda 40% artım vəd edilib. Platforma təsvir ölçüsü 200 mp-dək olan kameralarla işləyə bilir. “Exynos 2100” prosessoru, həmçinin “5G” üçün çox sürətli “mmWave” standartı ilə işləyə bilir.
Emil Hüseynov