Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Lenovo” əlavə ekrana malik noutbuk nümayiş etdirib


“Lenovo” şirkəti tərəfindən təqdim edilmiş “ThinkBook Plus Gen 2 i” noutbukunun özəlliyi elektron kağız texnologiyasına əsaslanan böyükölçülü əlavə ekrana malik olmasıdır. Yenilik “CES 2021” sərgisində təqdim edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, leptop 2560x1600 piksel təsvir ölçüsünə malik 13,3 düymlük əsas ekrana malikdir. Ekran sensor idarəetməni və elektron qələmlə işi dəstəkləyir.

 

Noutbukun qapağında hər bir elektron kitab sahibinə tanış olan “E Ink” paneli yerləşdirilib. 2560 x 1600 piksel təsvir ölçülü 12 düymlük ekran sensor idarəetməni dəstəkləyir.

 

Emil Hüseynov






13/01/21    Çap et