"Razer" şirkəti "CES 2021" sərgisində "Project Hazel" adlı dünyanın ən "ağıllı" maskasını təqdim edib. Sukeçirməz və cızıqlara qarşı davamlı olan maska bakteriyaların yüksək filtrasiya effektivliyinə malik dəyişdirilən modullarla təchiz edilib.
"ICTnews" Elektron Xəbər Xidməti "IXBT" resursuna istinadən yazır ki, şirkət nümayəndələrinin sözlərinə görə, şəffaf dizayn sayəsində "Project Hazel" digər insanlara istifadəçinin mimikasını görməyə imkan verir ki, bu da sosial münasibətləri yaxşılaşdırır. Adətən maskalar istifadəçinin gülməsi və ya danışmasını gizlədir. Yeni maskanın dizaynı bu problemin həllinə yönəlib. "Project Hazel" qaranlıqda taxılan zaman işıqlandırıcı avtomatik işə düşür. Belə ki, maska müasir "Razer" məhsullarının əsasını təşkil edən "RGB" işıqlandırıcısı ilə təchiz edilib.
Bundan başqa, "ağıllı" maskada istifadəçinin səsini yaxşılaşdırmaq üçün quraşdırılmış mikrofon və gücləndiricidən istifadə edən "VoiceAmp" texnologiyası tətbiq olunub.
Həmçinin "Project Hazel" aktiv hava soyutma, ultrabənövşəyi işıq vasitəsilə maskanı dezinfeksiya edən simsiz sürətli enerjidoldurma üçün qurğu ilə təchiz edilib.
Nizam Nuriyev