Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Britaniya operatoru Android Market və “Google+”-i qadağan etməyi tələb edir


Britaniyanın British Telecom telekommunikasiya şirkəti Google korporasiyasını məhkəməyə verib, CNET xəbər verib. İttihamlar ciddidir: operator iddia edir ki, internet-nəhəng , Android Market, Google+, Google Maps, Google Offers və hətta öz axtarış sistemi kimi xidmətlərində 6 texnologiyadan qeyri-qanuni istifadə edir.

British Telecom şirkəti məhkəmədən vurulmuş zərərin kompensasiyasını, həmçinin Britaniya korporasiyasının texnologiyalarının qeyri-qanuni tətbiq edildiyi xidmətlərin qadağan olunmasını tələb edir.

Google şirkətindən bildiriblər ki, British Telecom şirkətinin iddiaları əsassızdır və onlar qətiyyətlə müdafiə olunacaqlar.





19/12/11    Çap et