ABŞ-ın “Intel” korporasiyasının baş direktoru Bob Svon fevralın 15-də istefa verəcək. Bu barədə şirkətin saytında dərc olunan bəyanatda deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, şirkətin yeni baş direktoru Pet Gelsinger təyin olunacaq. Hazırda o, ABŞ-ın “Vmware” şirkətinin virtualizasiyası üçün proqram təminatının hazırlanması işinə rəhbərlik edir, eləcə də şirkətin direktorudur.
“Intel” nümayəndələrinin sözlərinə görə, dəyişikliklər şirkətin 2020-ci maliyyə ilinin nəticələri ilə bağlı deyil.
2019-cu ilin yanvarından “Intel”ə rəhbərlik edən B.Svon bunadək yeddi ay ərzində şirkətin baş direktoru vəzifəsini müvəqqəti icra edib.
Nizam Nuriyev