ABŞ administrasiyası hərbçilərlə əlaqəsinə görə amerikalı investorlar üçün qadağan edilmiş firmaların siyahısına Çinin 9 şirkətini əlavə edib.
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, həmin siyahıda, həmçinin “Xiaomi” smartfon istehsalçısı və “Comac” aviadaşıyıcısı yer alıb.
“Röyters” agentliyinin məlumatına görə, 11 noyabr 2021-ci il tarixinədək amerikalı investorlar öz aktivlərini adları qara siyahıya daxil edilmiş Çin firmalarından çıxarmalıdır.
Emil Hüseynov