Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple iMac” kompüterlərinin dizaynı yenilənəcək


Bu il “Apple” şirkəti 2012-ci ildən bəri ilk dəfə olaraq “iMac” fərdi kompüterlərinin dizaynını yeniləmək niyyətindədir. Bu barədə “Bloomberg” agentliyinin məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, məlumata görə, “Apple” şirkəti 2021-ci ilin sonunda “iMac” kompüterinin “J456” və “J457” kod adlı iki versiyasını buraxaraq mövcud 21,5 və 27 düym diaqonallı modelləri əvəzləməyi planlaşdırır. Yeni modellərdə ekran ətrafındakı qara rəngli qalın çərçivələrin kiçildilərək onların dizaynını “Apple Pro Display XDR” monitorunun dizaynına uyğunlaşdırmaq nəzərdə tutulur. Bundan başqa, yeni “iMac” kompüterləri hazırkı modellərin malik olduğu bükük arxa tərəfdən fərqli olaraq düz arxa tərəflə təchiz ediləcək.

 

Yeni məhsullar “Apple” fərdi kompüterlər seriyasında köklü dəyişikliklər çərçivəsində buraxılacaq. Belə ki, şirkət “Intel” mikrosxemlərindən özünün “Apple Silicon” prosessorlarına keçir. Bundan əlavə, istehsalçı iki yeni “Mac Pro” noutbuku üzərində çalışır. “Apple” nümayəndəsi məsələyə münasibət bildirməkdən imtina edib.

 

Nizam Nuriyev






18/01/21    Çap et