Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“3K” ekranlı noutbuk nümayiş olunub


Çinin "Chuwi" şirkəti "Herobook" noutbukunun yenilənmiş "HeroBook Pro " versiyasını nümayiş etdirib. Mobil kompüterin əsas xüsusiyyəti onun "3K" (3200 х 1800 piksel) təsvir ölçülü 13,3 düym diaqonallı ekranla təchiz edilməsindədir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "IXBT" resursuna istinadən yazır ki, "3K" formatlı noutbukların əksəriyyətinin qiyməti min dollar təşkil etsə də, "HeroBook Pro " modeli 269 dollara təklif olunur. Noutbuka bir düym üçün 278 piksel sıxlığında "Samsung" şirkətinin istehsalı olan ekran quraşdırılıb.

 

"HeroBook Pro " noutbuku "Intel Celeron J3455" prosessoru, 8 giqabaytlıq "LPDDR4" yaddaşı, eləcə də 128 giqabayt tutumlu "eMMC" bərkcisimli toplayıcısı ilə təchiz edilib. Bununla yanaşı, oxuma və yazma sürəti sərt diskdən təxminən iki dəfə yüksəkdir.

 

Çəkisi 1160 qram təşkil edən yeni noutbukun korpusu nisbətən yüngül polikarbonatdan hazırlanıb. O, təkrar enerji toplamadan 7 saatadək işləməyə imkan verən 38 vatt-saat tutumlu litium-polimer akkumulyatorla təchiz edilib. Həmçinin 24 vatlıq sürətli enerjidoldurma dəstəklənir.

 

Nizam Nuriyev






19/01/21    Çap et