Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “Snapdragon 870” mobil prosessoru təqdim edilib


“Qualcomm” şirkəti bahalı smartfonlar üçün “Snapdragon 870” adlı yeni mobil prosessorunu təqdim edib. İstehsalçı prosessoru rəsmən təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, “Snapdragon 870” prosessoru “Snapdragon 865 ” və “Snapdragon 888” modelləri arasında aralıq mövqe tutacaq.

 

“Qualcomm Snapdragon 870” prosessoru 7 nm-lik texnoloji proses üzrə hazırlanıb. Mərkəzi prosessor 3,2 QHs takt tezlikli “Cortex-A77” məhsuldar nüvəsindən, 3 ədəd “Cortex-A77” və 4 qənaətcil “Cortex-A55” nüvələrindən ibarətdir. Prosessorun qrafik imkanlarını “Adreno 650” video sürətləndiricisi təmin edir. Prosessor tezliyi 144 hersədək olan və 1440p təsvir ölçüsünə malik ekranları, 200 Mp-dək kameraları və 8K formatınadək videoların çəkilişini dəstəkləyir.

 

Emil Hüseynov






21/01/21    Çap et