Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia” ucuz smartfon təqdim edəcək


Finlandiyanın elektronika istehsalçısı sadə texniki imkanlara malik ucuz “Nokia 1.4” smartfonunu hazırlayır. Bu haqda “MySmartPrice” nəşri insayderlərə istinadən məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, “Nokia 1.4” aparatı ötənilki “Nokia 1.3”ü əvəz edəcək. Yeni smartfon HD təsvir ölçülü böyük ekran və adı naməlum saxlanılan dördnüvəli prosessorla təchiz ediləcək. “Nokia 1.4” modeli 1 QB əməli yaddaş və 16 QB daxili yaddaşa malik olacaq. Smartfona 4000 milliamper/saat tutumlu akkumulyator və ikiqat arxa kamera quraşdırılacaq.

 

Cihaz sadələşdirilmiş “Android Go Edition” sisteminin idarəetməsi altında işləyəcək. Yaxın vaxtlarda təqdim edilməsi gözlənilən smartfonun qiyməti təxminən 100 avro təşkil edəcək.

 

Emil Hüseynov






22/01/21    Çap et