“Honor” şirkəti “V40 5G” smartfonunu təqdim edib
Müstəqil şirkət olmuş “Honor” smartfon istehsalçısı “Honor V40 5G” adlı ilk smartfonunu təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “
ria.ru” saytına istinadən yazır ki, yeni aparat 6,72 düymlük “OLED” ekrana malik böyükölçülü smartfondur. Matrisin təsvir ölçüsü 2676x1236 piksel təşkil edir və təsviri 120 hers tezliyində yeniləyə bilir.
“Honor V40 5G” smartfonu 2,6 QHs-dək takt tezliyində işləyən “Mediatek Dimensity 1000+” prosessoru ilə təchiz edilib. Həmçinin “Mali-G77 MC9” qrafik kartı və “5G” modem var. Əməli yaddaş tutumu 8 QB, daşıyıcının tutumu isə 128 və ya 256 QB təşkil edir.
Smartfonun əsas kamerasının təsvir ölçüsü 50 mp-dir, 8 mp-lik super genişbucaqlı və 2 mp-lik makroobyektiv var. Həmçinin işıq diodu işıqlandırıcısının yanında yerləşdirilmiş lazer avtofokusu var.
4000 milliamper/saat tutumunda akkumulyator 66 vatt gücündə simli enerjidoldurma texnologiyasını dəstəkləyir. 35 dəqiqə ərzində enerjidoldurma qurğusunu 100% doldurmaq mümkündür. 50 vatt gücündə simsiz enerjidoldurma qurğusunu 50% doldurmaq üçün 30 dəqiqə vaxt lazımdır.
Yeni smartfon “Google”un xidmətlərini dəstəkləmir. Ola bilsin ki “V40” üçün proqram yeniləmələrindən birində əlçatan olacaq. Aparat “Magic UI 4.0” interfeysli “Android 10” əməliyyat sisteminin idarəetməsi altında işləyir.
Emil Hüseynov