“Moodbeam” şirkəti tərəfindən təqdim edilmiş unikal elektron qolbaq müasir fitnes-trekerlərə çox oxşar olsa da, fiziki aktivliyin izlənilməsi üçün deyil, işçilərin emosional vəziyyətinin müəyyənləşdirilməsinə görə nəzərdə tutulub.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, 2020-ci ildə milyonlarla insan məsafədən işləməyə məcbur olub. Kimsə hadisələrin belə gedişatından çox məmnundur, çünki bir neçə saat əlavə vaxtı yaranıb, kimin üçün isə bu, əsl sınaq olub. Problem ondadır ki, işəgötürənlər öz işçilərinin emosional durumuna heç cür təsir edə bilmirlər. Məsələn, əgər əvvəllər bir çox şirkətlərdə əməkdaşları həftədə bir neçə dəfə maraqlı aktiv işlərlə sevindirən menecerlər var idisə, indi hər bir kəs öz problemini müstəqil həll etməyə məcburdur.
“Moodbeam” şirkəti qeyri-adi həll düşünüb. Əməkdaş iki düymədən ibarət xüsusi qolbaq taxa bilər. Əməkdaş kədərli olduqda göy düyməyə, sevincli hallarda isə sarı düyməyə sıxmalıdır. Əlbəttə, heç kim əməkdaşları öz emosional vəziyyəti haqqında hesabat verməyə məcbur etməyəcək, amma istəyən şəxslər bu üsulla işəgötürənə həmin an nə hiss etdiklərini çatdıra bilər. Bütün informasiya xüsusi mobil proqramda əlçatandır.
Emil Hüseynov