Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sony” şirkəti “Xperia Compact” adlı yığcam smartfonlar istehsalını bərpa edəcək


Yaponiyanın “Sony” şirkəti “iPhone 12 mini” cihazına rəqib olacaq yığcam qabaqcıl smartfonunu təqdim etmək niyyətindədir. Bu haqda “Twitter”də nüfuzlu “@OnLeaks” insayderi məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, “Xperia Compact” adlandırılacaq smartfon 5,5 düymlük diaqonala malik ekranla təchiz ediləcək. Aparat iki sensordan ibarət kamera blokuna malik olacaq, əsas sensorun təsvir ölçüsü 13 mp təşkil edəcək. “Xperia Compact” qurğusunun kənarında barmaq izləri skaneri quraşdırılacaq.

 

Yığcam smartfonun dəqiq çıxarılma tarixi məlum deyil, lakin yaxın aylarda təqdim edilə bilər.

 

Emil Hüseynov






26/01/21    Çap et