Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WhatsApp” ilə bağlı problemlər istifadəçiləri “ICQ” messencerini xatırlamağa məcbur edib


"ICQ" protokolu 20 il bundan əvvəl internetdə ünsiyyət üçün ən populyar üsul idi.

 

"ICTnews" Elektron Xəbər Xidməti "unian.net" saytına istinadən yazır ki, "WhatsApp" messencerində məlumatların təhlükəsizliyi ilə bağlı narahatçılıq istifadəçiləri alternativlər axtarmağa məcbur edir. Bu, Honkonqda vaxtilə çox populyar olan "ICQ" internet peycerinin yenidən populyarlaşmasına səbəb olub.

 

Bu haqda "The Wall Street Journal" nəşrinin materialında deyilir. "ICQ" protokolu 1996-cı ildə yaradılıb və 90-cı illərin sonunda populyarlıq zirvəsinə çatmış ilk kütləvi internet messencerlərindən biri olub. Ancaq əvvəlcə sosial şəbəkələrin, sonra isə smartfonların ortaya çıxması ilə əlaqədar keçmişə çevrilib.

 

Bununla belə, bütün bu illər ərzində "ICQ" messenceri üzərində təkmilləşdirmə işləri aparılıb.

 

Son vaxtlar Honkonqda "ICQ" messencerinin populyarlığı xeyli artıb – yanvarın 5-dən 12-dək olan dövrdə messencerin yüklənmələrinin sayı 35 dəfə artıb.

 

Emil Hüseynov






26/01/21    Çap et