Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda satışda 1000 ədəddən çox pirat CD və DVD aşkar edilib


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti audiovizual məhsulların satışının qanunauyğunluğunun yoxlanılmasını davam etdirir.

Nazirlikdən verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, ev 49Q və Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 44d ünvanlarında Aslan Bayramova məxsus mağazalarda aparılan yoxlama zamanı pirat audiovizual məhsullarının satıldığı aşkar edilib.

Belə ki, yoxlama zamanı mağazalarda müəllif və ya əlaqəli hüquqların sahibinin razılığı olmadan istehsal edilmiş, habelə üzərində istehsalçının adı, ünvanı, müəllif və ya əlaqəli hüquqlar barədə məlumatlar göstərilməmiş pirat audiovizual məhsulların satıldığı müəyyən olunub.

Mağazalarda aşkar edilmiş 1079 ədəd pirat CD və DVD-lərin məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən Aslan Bayramova icrası məcburi göstəriş verilib.





20/12/11    Çap et