Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkətinin sahibləri öz məlumatlarının ötürülməsindən imtina etmək imkanı əldə edəcəklər


“Apple”ın istifadəçiləri fərdi məlumatlarının elan verənlərə ötürülüb-ötürülməməsinə özləri qərar verəcəklər. Bu, korporasiya tərəfindən bir gün əvvəl təqdim edilmiş məxfilik konsepsiyasında nəzərdə tutulub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “radiosputnik.ria.ru” saytına istinadən yazır ki, indiyədək kənar tərtibatçılar və elan verənlər reklamçılar üçün identifikator (IDFA) vasitəsilə konkret istifadəçinin aktivliyini sərbəst şəkildə izləyə bilirdilər. IDFA “Apple” qurğularına verilən unikal identifikasiya nömrəsidir.

 

İndi proqram bu identifikatordan istifadə etməyə cəhd etdikdə istifadəçi bildiriş alacaq. Bundan sonra istifadəçi ya razılaşmalı, ya da imtina etməlidir.

 

Məxfilik seçimi “iOS 14” əməliyyat sisteminin növbəti yeniləməsində əlçatan olacaq.

 

Emil Hüseynov






29/01/21    Çap et