Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Huawei” və 89 şirkət mobil prosessorlar hazırlamaq üçün bir araya gələcəklər


Çinin "Huawei" smartfon istehsalçısı ABŞ tərəfindən tətbiq edilmiş sanksiyalara görə "Kirin" prosessorunu istehsal etməkdə çətinliklə üzləşib. Texnologiya nəhəngi cavab tədbiri kimi 90 şirkətdən ibarət konsorsiuma daxil olmağı qərara alıb. Konsorsiumun vəzifəsi Çinin yarımkeçirici sənayesinin ABŞ-ın çip istehsalçılarından asılılığını azaltmaq üçün onu möhkəmləndirmək olacaq.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən dərc edilmiş informasiyaya əsasən, 90 şirkət İnteqral Sxemlərin Standartlaşdırılması üzrə Milli Texniki Komitənin yaradılması üçün birgə müraciət ediblər. Məqsəd "zəif" sənaye sahələrinin koordinasiyası və inteqral sxemlərin standartlaşdırılması üzrə işləri inkişaf etdirmək olacaq.

 

İndi Çində yarımkeçirici məhsulun istehsalı ilə məşğul olan bir çox şirkət mövcuddur, amma onların istehsal gücü "Huawei", "Xiaomi" və ya "ZTE" kimi böyük brendlərin sorğularını qarşılamaq üçün kifayət etmir. Bundan başqa, ABŞ texnologiyalarının analoqlarının çatışmazlığı Çinin yarımkeçirici biznesinin ABŞ-ın həllərindən asılılığına səbəb olub.

 

Emil Hüseynov






01/02/21    Çap et