Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPhone 14” smartfonunun ilk xüsusiyyəti açıqlanıb


"Apple" şirkəti kəsiksiz ekranlı smartfon üzərində çalışır. Bu barədə "MauriQHD" təxəllüslü blogerin "Twitter" hesabında deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, bloger "iPhone" smartfonunun "Face ID" sensoru üçün kəsiksiz ekrana malik olmayan prototipinin mövcudluğu haqqında məlumatlı olduğunu bildirib. Lakin bütün lazımi sensorları və danışıq dinamikini qurğunun arxa panelinə yerləşdirmək üçün mühəndislər tərəfindən ekranın yuxarı çərçivəsi daha çox genişləndirilib.

 

Blogerin fikrincə, 2021-ci ilə planlaşdırılan "Apple" smartfonlar nəslində qurğuların əvvəlki dizaynı saxlanılacaq. Onun sözlərinə görə, təsvir edilən prototip ABŞ brendinin 2022-ci ildə buraxılacaq ilk smartfon versiyalarından biri hesab edilə bilər. "iPhone 14" adlanacağı gözlənilən qurğuda ekran kəsiyinin olmaması onun əsas xüsusiyyətlərindən biri olacaq.

 

ABŞ şirkəti smartfonlarda ekran kəsiyi kimi elementdən 2017-ci ildən istifadə edir – ilk belə qurğu "iPhone X" olub. Ekranın xüsusi kəsiyində biometrik "Face ID" sensorlu "TrueDepth" kamera sistemi və danışıq dinamiki mövcuddur.

 

Bir müddət əvvəl Çin blogerləri "Apple" şirkətinin "iPhone 13" smartfonunun buraxılışını 2022-ci ilə təxirə salacağını bəyan ediblər. Şirkət müvafiq addan imtina edərək yeni seriyalı smartfonları "iPhone 12s" adlandırmaq qərarına gəlib. Buna səbəb kimi 2021-ci ilin payızına planlaşdırılan qurğuların aktual nəsil smartfonlardan cüzi fərqlənəcəyi göstərilir.

 

Nizam Nuriyev






03/02/21    Çap et