Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yetmiş beş düym diaqonallı “Xiaomi Mi TV Q1” televizoru təqdim olunub


Çinin “Xiaomi” şirkəti Avropa bazarı üçün “Mi TV Q1” “ağıllı” televizorunu nümayiş etdirib. Kvant piksellər (Quantum Dot) texnologiyası əsasında hazırlanan televizorun diaqonal ölçüsü 75 düym təşkil edir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, “4К” (3840 × 2160 piksel) formatlı yeni qurğu “HDR10 ” texnologiyasını dəstəkləyir və “NTSC” rəng məkanını 100 faiz əhatə edir.

 

120 giqaherslik yüksək yeniləmə tezliyinə malik “Xiaomi Mi TV Q1” televizorunun maksimal kontrastlıq nisbəti 10 000:1 təşkil edir.

 

Televizor 1,5 giqahers takt tezlikli 4 hesablama nüvəsi və “Mali G52 MP2” qrafik sürətləndiricisinin daxil olduğu “MediaTek MT9611” prosessoru üzərində qurulub.

 

“Xiaomi Mi TV Q1” 2 giqabaytlıq operativ yaddaş, 32 giqabaytlıq quraşdırılmış yaddaş, “Wi-Fi” və “Bluetooth 5.0” simsiz rabitə adapterləri, eləcə də məlumatları 100 meqabit/saniyə ötürmə imkanına malik “Ethernet” şəbəkə kontrolleri ilə təchiz edilib.

 

Həmçinin “HDMI 2.1” interfeysi dəstəklənir. Periferiyalı qurğular və xarici toplayıcıların qoşulması üçün iki “USB” portu mövcuddur. Proqram platforması qismində “Android TV 10” əməliyyat sistemi tətbiq edilib.

 

“Xiaomi Mi TV Q1” televizorunun təxmini qiyməti 1300 avro təşkil edir.

 

Nizam Nuriyev






09/02/21    Çap et