Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Amerikalını “X-Men”pirat filminə görə həbs ediblər
Amerikalı Qilberto Sançesi "X-Men" filminin pirat versiyasını yaydığına görə 1 il müddətinə həbs cəzasına məhkum ediblər, -“The Hollywood Reporter” yazıb.
48 yaşlı məhkumun sözlərinə əsasən, o, premyeraya az qalmış diski alıb. Sonra filmi bir neçə saytda yükləmə üçün yerləşdirib.
Baxmayaraq ki, pirat surəti tezliklə bloklamaq mümkün olub, lakin milyonlarla istifadəçi filmi yükləyə bilib. Buna görə də Qilberto Sançes 1 il həbs cəzasına məhkum edilib.
20/12/11 Çap et