Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Sony” şirkəti 2 gün ərzində 321 min “PS Vita” konsolu satıb
“Sony” şirkəti 2 gün ərzində Yaponiyada 321,4 min “PS Vita” oyun konsolu satmağı bacarıb,- “Enterbrain” tədqiqat şirkətinə istinadən “Röyters” agentliyi xəbər verib.
Bu göstərici “Nintendo 3DS” konsolunun satışları ilə müqayisədə cüzi azdır. Belə ki, “Nintendo 3DS” konsolunun ilk gündə 371 min nüsxəsi satılmışdı. Lakin, sonrakı günlərdə “3DS” konsoluna tələbat kəskin azalmışdı.
Başlanğıcda oyun konsolunun alıcıları üçün 24 oyun əlçatandır. Lakin, “Sony” rəhbərliyi inkar etmir ki, konsola yüksək tələbatı yaxın bir neçə il ərzində saxlamaq daha çətin məsələ olacaq.
Yapon korporasiyası, həmçinin “PS Vita” alıcılarından üzr istəyib. Belə ki qurğuda "dayanmalar" olub. Korporasiya nasazlıqları aradan qaldıran düzəltmə paketi çıxarıb.
20/12/11 Çap et