Koronavirus pandemiyası dünyada onlayn ünsiyyət mədəniyyətinin səviyyəsini artırıb. Ötən il ərzində təhdid, təhqir, saxtakarlıq və digər internet risklərilə üzləşmiş istifadəçilərin sayı 3% azalıb.
“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, 2020-ci ildə həm şəxsi həyatda, həm də iş proseslərində onlayn ünsiyyətdən daha çox istifadə edilib. Yeni reallığa uyğunlaşma prosesinin çətin olmasına baxmayaraq, biz dünyada rəqəmsal mədəniyyətin səviyyəsinin artmasını qeyd etməkdən məmnunuq" – internetdə ünsiyyət mədəniyyətinə və şəxsi təhlükəsizliyə həsr edilmiş “Microsoft DCI” illik araşdırmasında deyilir.
Sorğu 2020-ci ilin aprel-may aylarında keçirilib. Tədqiqat əsasında rəqəmsal mədəniyyət indeksi üzrə ölkələrin reytinqi tərtib edilib.
Emil Hüseynov