"Gree Electronics" şirkəti smartfonlar üçün "sərxoşluq rejimi" icad edib. Bu barədə "MyDrivers" nəşrinin məlumatında deyilir.
"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, müvafiq müraciət Çinin Patent Hüququ İdarəsinin saytında yerləşdirilib. Sənədə görə, smartfonda "sərxoşluq rejimi" istifadəçi alkoqollu içkinin təsiri altında olan zaman onu qurğuda müəyyən əməliyyatların (məsələn, SMS göndərmək, bank proqramları və ya istifadəsi smartfon sahibinə müəyyən ziyan vuracaq digər servislər vasitəsilə əməliyyatların icrası) yerinə yetirilməsindən qoruya bilər.
İxtiranın təsvirinə görə, "sərxoşluq rejimi" istifadəçi tərəfindən əllə aktivləşdirilir. Onu telefonda işə saldıqdan sonra qurğuda istifadəçi tərəfindən əvvəlcədən seçilən bir sıra funksiyalar bloklanır. Rejimi söndürmək üçün "ayıqlıq" testindən keçmək lazımdır.
Jurnalistlər qeyd edib ki, yeni rejim şəkli dəyişdirilmiş istifadəçi interfeysi üzərində qurula bilər. Belə modifikasiya edilmiş quraşdırmalardan "Huawei", "Samsung" və "Xiaomi" kimi smartfonlarda istifadə olunur.
Müəlliflərin sözlərinə görə, "Gree" smartfonların buraxılışında ixtisaslaşmayan az tanınan brenddir. Bununla əlaqədar "sərxoşluq rejimi"nin yaxın illərdə telefonlarda istifadə ediləcəyi gözlənilmir.
Nizam Nuriyev