Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Firefox” səyyahının doqquzuncu versiyası çıxır


Bu gün “Mozilla Windows”, “Mac OS X” və “Linux” əməliyyat sistemləri üçün “Firefox” səyyahının doqquzuncu versiyasını təqdim edir.

Səyyahda edilmiş əsas dəyişikliklər sürət artımı, etibarlılıq və müasir veb-standartlarla uyğunluğun təkmilləşdirilməsi ilə bağlıdır. Tərtibatçılar “Type İnference” texnologiyasını tətbiq edir.

Eyni zamanda,  “Mac OS X Lion” əməliyyat sistemi ilə inteqrasiyanı təkmilləşdiriblər.Bundan əlavə, səyyahın təhlükəsizlik sistemində aşkar edilmiş səhv və boşluqlar aradan qaldırılıb.





20/12/11    Çap et