“Facebook” şirkəti “ağıllı” saat hazırlamağa başlayıb. Saat vasitəsilə istifadəçilər “Facebook” servislərindən bildirişlər göndərə, xüsusi mobil əlavələrin köməyi ilə sağlamlıq vəziyyətini izləyə və fitnes üçün funksiyalardan istifadə edə biləcəklər.
“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, “Verge” nəşrinin məlumatına görə, saat “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək. Bundan başqa, ilkin məlumatlara görə, “Facebook” növbəti nəsil “ağıllı” saatlarda işləyəcək sistem hazırlayır.
Bildirilir ki, “Facebook” “ağıllı” saatı smartfondan asılı olmayaraq mobil rabitə vasitəsilə işləyəcək.
Nizam Nuriyev