Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Rabitə” və “Azərreyl”in oyunlarını idarə edəcək hakimlər müəyyənləşib


Qadın voleybol komandaları arasında Çempionlar Liqası yarışlarının qrup mərhələsinin IV turunun oyunlarını idarə edəcək hakimlər briqadası müəyyənləşib.

 Avropa Voleybol Konfederasiyası (CEV) bu
gün  Bakıda keçiriləcək “Rabitə” – “Fənərbaxça” oyununda ədaləti qorumağı avstriyalı Harald Sodjaya tapşırıb. Ona Viktor Kozlovski (Ukrayna) kömək edəcək.

Həmin gün İstanbulda təşkil olunacaq “Vakıfbank TTelekom”-“Azərreyl” görüşünü Qoran Qradinski (Serbiya) idarə edəcək. İkinci referi funksiyasını sloveniyalı Marko Seyfrid yerinə yetirəcək.






20/12/11    Çap et