ABŞ-ın “Business Insider” nəşri “Microsoft Word” redaktorunda mətn faylını şifrləməyin asan üsulu haqqında məlumat verib.
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, müəllifin qeyd etdiyi kimi, şifrləmə funksiyası məxfi informasiya ilə iş vaxtı sözügedən redaktordan istifadə edənlər üçün faydalıdır. Bu proses olduqca asandır.
“Word” redaktorunda lazım olan faylı açmaq, "Fayl" vərəqinə keçmək, "Məlumatlar" bölməsindən "Sənədin qorunması" bəndini və açılan pəncərədən "Parolla şifrləmə" bəndini seçmək lazımdır. Bundan sonra ekrana çıxan pəncərədə parol daxil etmək, daha sonra onu təsdiq etmək lazımdır.
Bu prosedurdan sonra həmin fayl yalnız düzgün parol daxil edildikdən sonra açıla bilər. “Business Insider” nəşri xatırladıb ki, parol unudulduqda onu bərpa etmək mümkün deyil.
Emil Hüseynov