Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “Apple” qurğuları məlum olub


“Apple” şirkəti mart təqdimatında planşet və “Bluetooth” sensorunu nümayiş etdirəcək. Bu barədə şəbəkə insayderi və bloger Con Prosserin “Twitter” hesabında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, blogerin sözlərinə görə, “AirTag” adlı “Bluetooth” sensorları martda keçiriləcək təqdimatda nümayiş olunacaq. O qeyd edib ki, təqdimata hazırlıq plan üzrə gedir. Müəllif yaxın vaxtlarda işıq üzü görəcək daha bir qurğu – yeni nəsil “iPad Pro” planşeti haqqında məlumat verib.

 

C.Prosser “Apple” şirkətinin mart təqdimatında bir neçə qurğunun nümayiş olunacağını gözlədiyini bildirsə də, planlaşdırılan qurğuların dəqiq adını açıqlamayıb. O, həmçinin əminliyini ifadə edib ki, payıza hazırlanan “Apple” smartfonları “Touch ID” daktiloskopik sensoru ilə buraxılacaq.

 

Qeyd edək ki, “Apple” martda tədbirin keçiriləcəyini hələ ki bəyan etməyib. Şirkət adətən bu və ya digər məhsulların təqdimatı ilə bağlı jurnalist və blogerləri tədbirdən bir neçə gün əvvəl xəbərdar edir. ABŞ şirkətinin yazda minimum bir – “iPhone SE Plus” smartfonunun təqdimatını keçirəcəyi ehtimal edilir.

 

Nizam Nuriyev






17/02/21    Çap et