“Check Point Research” şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri 2021-ci ilin əvvəli üçün ən təhlükəli kompüter virusunun adını açıqlayıblar.
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, şirkətin nümayəndələrinin sözlərinə görə, “Emotet” artıq ardıcıl olaraq ikinci aydır zərərli proqram təminatı arasında liderdir. Məlumata görə, dünyadakı təşkilatların təxminən 6%-i botnetin qurbanı olaraq qalırlar.
Hüquq-mühafizə orqanları tərəfindən vaxtında verilmiş reaksiya “Emotet” virusunun aktivliyinin nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olub. Polislər 25 aprel 2021-ci il tarixinədək virusu yoluxmuş hostlardan silmək niyyətində olduğunu bildiriblər.
Xatırladaq ki, hazırda ən təhlükəli virus haqqında ilk dəfə 2014-cü ildə məlum olub. Son 7 il troyan aktiv şəkildə inkişaf etdirilib və yenilənib, buna görə də aktual və yüksək effektivli olaraq qalıb.
Emil Hüseynov