Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” korporasiyası “Windows” əməliyyat sistemindən “Flash” pleyerini silməyə başlayıb


"Microsoft" korporasiyası "Windows" əməliyyat sistemindən (ƏS) "Adobe Flash Player" pleyerini silən yeniləmə çıxarıb. Bu haqda "Windows Latest" nəşri məlumat verib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, jurnalistlər əsas məqsədlərindən biri ƏS-dən qeyri-aktiv komponentlərin silinməsi olan "KB4577586" yeniləməsinin təqdim edilməsini qeydə alıblar. Məsələn, sözügedən yeniləmə ƏS-ni "Adobe Flash Player"dən və proqram təminatının izlərindən təmizləyəcək. Yeniləmə yaxın bir neçə həftə ərzində yeniləmə mərkəzi vasitəsilə bütün istifadəçilər üçün əlçatan olacaq.

 

"KB4577586" vacib yeniləmə olmasa da, "Windows" üçün çıxarılmış yeni yeniləmələrin yoxlanması vaxtı avtomatik quraşdırılır. Quraşdırma prosesi 5 dəqiqədən çox çəkmir, bundan sonra kompüteri yenidən yükləmək lazımdır. Nəticədə "Flash Player" və "Adobe" proqram təminatının bütün komponentləri ƏS-dən silinəcək.

 

"KB4577586" yeniləməsinin quraşdırılmasından sonra "Flash Player" proqram təminatının işini bərpa etmək mümkün deyil.

 

Emil Hüseynov






18/02/21    Çap et