Qabaqcıl “Huawei” smartfonları martın sonunda təqdim ediləcək. Bu barədə “Teme” təxəllüslü populyar blogerin “Twitter” hesabında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, məlumata görə, 2021-ci ildə “Huawei” onlarla müxtəlif qurğunun buraxılışını planlaşdırır. Məsələn, şirkət tərəfindən “P50” və “Mate 50” seriyalı qabaqcıl smartfonlar, “MatePad 2” və “MatePad Pro 2” planşetləri, “Watch 3” və “Watch GT 3” “ağıllı” saatları, “Freebuds 4”, “4i” və “Pro 2” qulaqcıqları təqdim olunacaq.
“P50” seriyalı smartfonları xüsusi vurğulayan bloger onun üç qurğudan (əsas P50 versiyası və premium P50 Pro və P50 Pro ) ibarət olacağını qeyd edib. Müəllifin sözlərinə görə, açıqlanan qabaqcıl “Huawei P50” modeli “Kirin 9000E”, “P50 Pro” və “P50 Pro ” isə “Kirin 9000” prosessorları ilə təchiz ediləcək. Blogerin məlumatına görə, qabaqcıl smartfonların nümayişi martın 26-28-nə planlaşdırılır.
Mütəxəssis, həmçinin bildirib ki, daha bir qabaqcıl “Huawei” seriyası “Mate 50”, “Mate 50 Pro”, “Mate 50 Pro ” smartfonlarından və premium “Mate 50 Pro RS” versiyasından ibarət olacaq. “Teme” abunəçilərlə söhbət zamanı vurğulayıb ki, “Mate” seriyalı qurğular yalnız Çin ərazisində satışa çıxarılacaq.
Əvvəlki şayiələrə görə, “Huawei P50” modeli 6,1, “P50 Pro” və “P50 Pro ” isə müvafiq olaraq 6,6 və 6,8 düym diaqonallı ekranla buraxılacaq. Qurğuların böyük versiyaları 120 giqahers yeniləmə tezliyini dəstəkləyəcək.
Nizam Nuriyev